"Əlincə"dən əsgər salamı - VİDEO

"Əlincə"dən əsgər salamı - VİDEO
"Əlincə"nin U-16 komandası U-16 liqasında növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, öz meydanında AZAL-ı qəbul edən komanda şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq meydançaya üzərində şəhidlərimizin adları yazılan qara köynəklər və "Şəhidlərin qəbri qəlbimizdədir" pankartı ilə çıxıb.
Oyundan əvvəl Azərbaycan himni səsləndirilib və bundan sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub. Rəqibinə 6:0 hesabı ilə qalib gələn "Əlincə"nun bütün futbolçuları ilk qoldan sonra ordumuza dəstək əlaməti olaraq əsgər salamı veriblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər