"Dnepr" "Rəvan"ın qapıçısını bəyənmədi

"Dnepr" "Rəvan"ın qapıçısını bəyənmədi
Ukraynanın "Dnepr" klubu "Rəvan"ın sabiq qapıçısı Konstantin Maxnovskidən imtina edib. Fanat.az xəbər verir ki, o, paytaxt klubundan ayrılandan sonra Dnepropetrovsk təmsilçisində baxışda idi.
Amma məşqçilər korpusu 27 yaşlı futbolçunun hazırlıq səviyyəsindən razı qalmayıb. Bu üzdən də onun göndərilməsinə qərar verilib.
Xatırladaq ki, Maxnovski mövsümün əvvəlini "Rəvan"da keçirib. Amma klubdakı maliyyə problemləri onun da ölkəmizi tərk etməsinə səbəb olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər