"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Zirə" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis "CBC Sport"a bunları deyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz çox vacib xallar itirdik. Belə oyunla qalib gəlməli idik. Fərqlənmək üçün rəqibdən daha çox imkanlarımız oldu. Ancaq qeyd etməliyik ki, onlar da şanslardan yaxşı istifadə etdilər.
Kubokda ayrı, çempionatda ayrı ab-hava olur. Mən dəqiq səbəb deyə bilmərəm ki, niyə məğlub olduq. Bunu hamı gördü ki, biz qalib gəldiyimiz və məğlub olduğumuz oyunların heç birində “Zirə”dən zəif oynamadıq.
Aleksey Qay bizim üçün əsas fiqurlardan biridi. İkinci hissədə zədələndi, ona görə dəyişməli olduq. Bu gün bizə çox kömək etdi, ancaq demək olmaz ki, o, çıxan kimi biz uduzduq. Biz komanda şəklində oynayırıq. Hər futbolçu o birini əvəz edə bilər. Əvəzedilməz oyunçu yoxdu”.
Fanat.az