Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, artıq ilk iki yarımfinalçı müəyyənləşib.
İran millisi əlavə vaxtda vurduğu qol sayəsində (4:3) Paraqvayı mübarizədən kənarlaşdıraraq adını dünyanın 4 ən güclü komandası arasına yazdırıb. Rusiya isə İspaniyanı 6:2 hesabı ilə yenərək yarımfinala çıxıb.
Beləliklə, sentyabrın 28-də, Bakı vaxtı ilə saat 04.00-da başlayacaq ilk yarımfinal görüşündə İran Rusiya ilə üz-üzə gələcək.
Daha iki yarımfinalçı bu gecə müəyyənləşəcək. Bakı vaxtı ilə saat 00.30-da Argentina Misirlə, saat 03.00-da Azərbaycan Portuqaliya ilə üz-üzə gələcək.
Fanat.Az