"Cırtdan"ı udduq, 2 pillə irəlilədik

"Cırtdan"ı udduq, 2 pillə irəlilədik
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, yığma komandamız yeni cədvəldə irəliləyib.
Aktivində 252 xal olan Azərbaycan 133-cü yerdə qərarlaşıb. Ötən ay açıqlanan cədvəldə 253 xalla 136-cı olan komandamız 1 xal itirsə də, 3 pillə irəliləyib. Buna "DÇ-2018"in seçmə mərhələsində San Marino üzərində 1:0 hesablı qələbə səbəb olub.
Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü yer, 1347 xal) və Çexiya (33-cü yer, 762 xal) 1 pillə irəliləyib. Şimali İrlandiya 2 (30-cu yer, 798 xal), Norveç 20 (70-ci yer, 487 xal), San Marino 1 (201-ci yer, 17 xal) geriləyib.
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə, Belçika 2-ci sırada qalsa da, Kolumbiya 3-cü pilləni əldən verib. Almaniya cənubi amerikalıları 4-cü yerə göndərib. 5 pillə irəliləyən Braziliya isə Kolumbiyaya şərik olub. İtaliya və İspaniya ilk “onluq”dan uzaq düşübsə, Uruqvayla Uels ora daxil olub.
 
İlk "onluq" belədi: Argentina, Belçika, Almaniya, Kolumbiya, Braziliya, Çili, Portuqaliya, Fransa, Uruqvay, Uels.
Qeyd edək ki, qonşu Türkiyə yığması 21-ci yerə yuvarlanıb. 2 pillə geriləyən “ay-ulduzlular” 885 xala malikdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər