Uzun illərdir “İnter”in prezidenti vəzifəsində çalışan bolqarıstanlı Georgi Nikolov klubdan kənarlaşdırıldı. Bolqarın vəzifəsindən uzaqlaşdırılmasının əsas səbəbi təbii ki, Cahangir Hacıyevin həbsi idi.
Prezident vəzifəsindən getdikdən sonra klub barədə danışmayan Nikolov açıqlama verib. O, əvvəlcə vəzifədən getməsindən danışıb: “Mənim klubla müqaviləm bitdi və postumu tərk etdim. Digər səbəb də rəhbərliyin idarəçilikdə dəyişiklik etmək istəməsi idi. Bunları normal qarşılayıram. Qərara da hörmət edirəm. Mən Cahangir Hacıyevin adamı deyiləm. O, sadəcə mənim müdirim olub”.
Sabiq prezident bir müddət öncə onun ölkədən çıxışına qoyulan qadağanın da aradan qaldırıldığını bildirib: “Ölkədən çıxışıma qoyulan qadağa aradan qaldırılıb. Sadəcə burda klubla bağlı bir sıra hüquqi məsələləri həll etmək lazımdı. Onlar bitdikdən sonra ölkəmə gedəcəm”.
Nikolov Cahangir Hacıyevlə bağlı istintaqa cəlb olunmasını da təsdiqləyib: “Bəli, hüquq-mühafizə orqanları Cahangir Hacıyevlə bağlı məni istintaqa çağırıblar. Bu, iyun ayında baş vermişdi. Orda kluba ayrılan maliyyə ilə bağlı suallara cavab verdim. Mənim istintaqa cəlb olunmağım normaldı. Çünki “İnter”in səhmlərinin hamısı Beynəlxalq Banka məxsusdu”.(qafqazinfo)
Fanat.az