"Üç aydı maaş üzü görmürük" - Rail Məlikov

"Üç aydı maaş üzü görmürük" - Rail Məlikov
"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun AZAL-ın futbolçuları haqda dediyi sözlər qarşı düşərgəni qəzəbləndirib. Fanat.az xəbər verir ki, "Zirə"ylə oyundan sonra futbolçuları oyuna kökləyə bilmədiyindən şikayətlənən Qasımov "elədisə, AZAL-ın 500 manat maaş alan futbolçuları oyunlara necə köklənir" sualına "mən buna inanmıram. AZAL-ın gürcü futbolçuları 500 manata oynamaz" demişdi.
Onun bu sözləri "təyyarəçilər"in kapitanı Rail Məlikovun etirazına səbəb olub. "Futbol+"ə verdiyi müsahibəsində Rail 500 manat aldıqlarını bir daha təkrarlayıb:
"Vəli bəy bilmirsə, qoy bilsin. 500 manat maaş alan futbolçulardan biri elə Rail Məlikovdu. Bəlkə də bu sözləri deyəndə 300 manata oynayanları nəzərdə tutub. Bəli, mən 500 manata oynayıram. O da ki üç aydı pul üzü görmürük. Amma bu bizi qətiyyən narahat etmir. Çünki ailədə hər cür çətinlik olur. Əsl kişi buna dözəndi. Yaxşı olar ki, Vəli Qasımov bəhanəni başqa yerdə axtarsın".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər