Topaz Premyer Liqasının 13-cü turunda "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edəcək. Artıq bizə Lənkəranda baş tutacaq qarşılaşmanı idarə edəcək hakimin adı da bəllidi.
Fanat.az sport7.az-a istinadən xəbər verir ki, Hakimlər Komitəsi "Böyük oyun"u FIFA referisi Əliyar Ağayevə tapşırıb. Avrokubokların qrup mərhələsində oyun idarə edəcəyi dəqiqləşən Ağayev buna qədər Lənkəranda psixoloji sınaqdan keçəcək. Məhz bu məqsədlə bu qarşılaşmada gənc hakimin söz sahibi olması məsləhət bilinib.
Qeyd edək ki, sözügedən qarşılaşma 22 noyabrda baş tutacaq. Oyun saat 18.00-da start götürəcək.
Fanat.az