Qeyd edək ki, Hiquayn "Napoli"dən "Yuventus"a 90 milyon avroya transfer olunub. Lakin "Napoli" rəhbərliyi və azarkeşlər onun gedişinə çox qəzəblənib. Hətta klub prezidenti Aurelio De Laurentiis başda olmaqla azarkeşlər və şəhərin tanınmış nümayəndələri argentinalı ulduzu "xəyanətkar" adlandırıb.
"Show Pizza" restoranlar şəbəkəsinin bu vədi futbol dünyasında bu günə qədər dilə gətirilmiş ən maraqlı vədləri yada salıb. Fanat.az onlardan bəzilərini təqdim edir.
"Bütün futbolçular sevgilimlə yata bilər"

2012/13 mövsümündə Çempionlar Liqasının yarımfinalının ilk oyununda Dortmund "Borussiya"sına 1:4 hesabı ilə yenilən "Real"ın durumu Mario Balotellini necə sevindirmişdisə, günlərlə medianın gündəmində qalan açıqlamalarla çıxış etmişdi. Belə ki, Balotelli "Real" bu fərqdən sonra mərhələ keçib finala çıxsa, sevgilimi bütün komandanın üzvləri ilə yatmaq üçün Madridə göndərəcəm" vədini vermişdi.
Düzdü, "Real" cavab oyununda 2:0 hesabı ilə qələbə qazandı, amma ilk oyunda buraxılan 4 qol onların mərhələ adlamasına imkan vermədi. Bununla da Balotellinin həmin vaxtkı sevgilisi Fanni Nequşa "Real"ın bütün futbolçuları ilə yatağa girməkdən xilas oldu.
"Türkiyə çempion olsa, ofsiantlıq edəcəm"

Daha bir maraqlı vəd Xorvatiya millisinin üzvü İvan Klasniçdən gəlib. "AVRO-2016"dan öncə 2008-ci ildəki turnirdə Xorvatiyanın Türkiyəyə 118-ci dəqiqədə vurduğu qolun müəllifi "Türkiyə çempion olsa, ofsiantlıq edəcəm" demişdi.
Fransada keçirilən və Xorvatiya ilə eyni qrupda yer alan Türkiyə nəyinki Avropa çempionu olmadı, heç qrupdan da çıxa bilmədi. Bununla da İvan Klasniç ofsinat işləməkdən canını qurtarmış oldu.
Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsinin ilk turunda Türkiyni uduan (1:0) Xorvatiya 1/8 finalda Portuqaliyaya uduzub mübarizəni dayandırmalı olmuşdu.
52 yaşlı modeli soyunmağa həsrət qoyan "Roma"

İtalyan model və aktrisa Sabrina Ferilli yaşının keçməsinə baxmayraq daim gündəimdəki öz yerini qoruyur. Fanatik bir "Roma" azarkeşi olduğunu gizlətməyən Ferilli zaman-zaman komandasının çempion olacağı tədqirdə soyunmaq vədini təkrarlayır. Bunu eşidan italyan azarkeşləri də "Roma"nın çempionluğunu səbrizsizliklə gözəyir.
Qeyd edək ki, "Roma" sonuncu dəfə 2001-ci ildə çempion olub. Sabrina Ferillinin isə 52 yaşı var. Demək ki, gözəl model 15 ildi çempionluğa və soyunmağa həsrətdi.
Melodan azarkeşə "Bentley" vədi

Hazırda İtaliya "İnter"ində oyayan Felipe Melo bu gün də "Qalatasaray" azarkeşlərin sevimlisidi. Braziliyalı ulduz iki mövsüm əvvəl özünü saxlaya bilməyib çempion olacaqları halda bir azarkeşə "Bentley" markalı avtomobilini hədiyyə edəcəyini demişdi. "Qalatasaray" həmin mövsüs Hamza Hamzaoğlunun rəhbərliyi altında mövsümü çempionluqa başa vurmuşdu. Deyilənə görə, vədinə əməl edən Melo da maşınını "Qalatasaray" - "Beşiktaş" derbisinə gedərkən düşdüyü qəzada həlak olan Uğur Çobanın ailəsinə verib.
Futbolçudan komandaya 500 min avro mükafat

Rəhbərliyin komandaya uğur qazanmaq müqabilində mükafat vəd etməsi adi haldı. Amma bunu bir futbolçunun etməsi çoxlarına qəribə gəlir. Bunu edən futbolçulardan biri Kevin Konstant olub.
Hazırda İtaliyanın "Boloniya" klubunda çıxış edən 29 yaşlı futbolçu formasını geyindiyi Qvineya yığmasının 2015-ci ildə keçirilən Afrika Millətlər Kubokuna qatılmaq hüququ qazanacağı halda komanda yoldaşlarına 500 min avro mükafat paylayacağını vəd etmişdi. Qvineya yığması turnirə vəsiqə qazanmış və həmin vaxt "Trabzonspor"da oynayan Kevin Konstant maaşından 500 min dolları komanda yoldaşlarına paylamışdı.
Qeyd edək ki, Qvineya yığması 2015-ci ildəki Afrika Millətlər Kubokunda qrupdan çıxsa da, 1/4 finalda Qanaya uduzmuşdu.
Çempionluq sonrası sabah namazı

"Beşiktaş"a gəlişi də gedişi kimi olay olan Demba Ba maraqlı vədlər verənlər sırasındadı. Seneqallı futbolçu 2014/15 mövsümünün gedişində "FourFourTwo" dərgisinə müsahibəsində "Çempion olsaq, azarkeşlərimizi Sultanəhməd məscidində sabah namazına çağırıram" demişdi.
"Beşiktaş" həmin mövsüm çempion olmadı, Demba Ba da azarkeşlərlə namaz qılmadan Türkiyədən getmiş oldu. "Qara Qartallar" ötən mövsüm çempionluğu bayram etsə də, seneqallı futbolçu həmin vaxt artıq Çinin "Şanxay Şenhua" klubunda oynayırdı.
55 min azarkeşə pivə...

2008/09 mövsümündə Bundesliqada çempionluq uğrunda mübarizə aparaq "Herta"nın macar futbolçusu Pal Darday mövsümün bitməsinə 10 tur qalmış sevindiyindən 55 min azarkeşə çempion olacaqları halda pivə qonaqlığı verəcəyi vəd etmişdi. Bununla da kifayətlənməyib pivə içmək istəməyənlərə spirtsiz içki alacağına söz vermişdi. Mövsümün sonunda 4-cü yeri tutan "Herta" azarkeşləri həm əldən gedən çempionluğa, həm də itirdikləri pivələrə görə məyus oldular.
Fanat.az