"Bursaspor"dan Reynaldo AÇIQLAMASI

"Bursaspor"dan Reynaldo AÇIQLAMASI

Türkiyənin “NTV Spor” kanalı “Bursaspor” klubunun “Qarabağ”ın üzvü Reynaldo üçün Azərbaycan klubuna 4 milyon təklif etdiyinə dair iddialarla çıxış edib.

"Timsahlar”ın bu transferdə israrlı olduğu bildirilir. “Bursaspor” klubunun icraçı direktoru Erhan Başoğlu “Qafqazinfo”ya bildirib ki, bu transfer əvvəlcədən nəzərdə tutulsa da, sonradan alınmayıb:

“Əvvəlcədən bu transfer nəzərdə tutulmuşdu. Amma sonradan istəmədik. Reynaldonun transferi olmayacaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər