"Budəfəki oyun əvvəlkilərdən çətin olacaq"- MATÇA DOĞRU

"Budəfəki oyun əvvəlkilərdən çətin olacaq"- MATÇA DOĞRU

“Qarabağ”ın səviyyəsi haqda əlavə sözlər deməyə ehtiyac yoxdu.Onlarla budəfəki oyun daha çətin olacaq”. Bu sözləri Fanat.Az-a aşıqlamasında qarşıdakı turda Ağdam təmsilçisiylə üz-üzə gələcək “İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.

 

Seyidov fikrini belə əsaslandırıb: “Bu mövsüm iki dəfə qarşılaşmışıq. Birinci oyunda qalib gəldik, “Qarabağ”ın meydanında keçirilən ikinci görüşdə uduzmadıq. Oyun bildiyiniz kimi, heç-heçə başa çatdı. Rəqibin əvvəlki turda “Qəbələ”yə uduzduğunu da nəzərə alsaq, deməli, qələbəni çox arzulayırlar. Görüşün “İnter” üçün çox çətin keçəcəyi dəqiqdi”.   

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər