"Bu, partlayışa səbəb olacaq" - Robert Prosineçki

"Bu, partlayışa səbəb olacaq" - Robert Prosineçki

Millimizin baş məşqçsi Robert Prosineçki Almaniya ilə martın 26-da Bakıda keçirəcəyimiz oyunla bağlı danışıb. Fanat.Az xəbər verir ki, Almaniyanın "Kicker" nəşrinə açıqlanma verən xorvat mütəxəssis komanda olaraq mübarizə aparacaqlarını söyləyib: 

"Almaniya yığması hər zaman favoritdi. Biz yalnız əlimizdən gələni etməyəcə çalışacağıq. Almaniyaya uduzmasaq, bu, partlayışa səbəb olacaq. Əksər azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımızı düşünürlər. Lakin biz buna hazır deyilik".

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20.00-da başlanacaq. Dörd turdan sonra "C" qrupuna 12 xala malik Almaniya başçılıq edir. Şimali İrlandiya və Azərbaycan hərəyə 7 xalla 2-3-cü yerləri bölüşdürür. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci pillədədi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər