"Bu hesabı gözləmirdik" - Rəşad Eyyubov

"Bu hesabı gözləmirdik" - Rəşad Eyyubov

"Qəbələ"nin futbolçusu Rəşad Eyyubov "Zirə" ilə kubok matçı barədə (5:1) fikirlərinii bildirib. Fanat.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu bunları deyib: 

"Çətin oyun idi, ancaq erkən fərqlənməyimiz bizə çox kömək oldu. Daha sonra ardıcıl qollar vuraraq, məsələni həll etdik. Bu matç arxada qaldı. Çempionata hazırlaşacağıq. Belə böyükhesablı nəticə gözləmirdik. “Zirə” kifayət güclü komandadı. Dediyim kimi, erkən qol işimizi asanlaşdırdı.

 

Rəqibin meydana ikinci heyətlə çıxması fikri ilə razılaşmıram. Elə kollektivdi ki, birinci heyət, ikinci heyət söhbəti yoxdu. Bu qələbə ilə özümüzə inamımız da artdı. Artıq çempionatda daha əzmlə mübarizə aparacağıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər