"Bu, faciədən də betərdi" - "Daçiya"nın məşqçisi

"Bu, faciədən də betərdi" - "Daçiya"nın məşqçisi

"Əlbəttə, qalib gəlmək istəyirdik. İlk yarıda qol vəziyyətlərimiz var idi. Amma qol buraxdıq. Bu, komandamıza ciddi ziyan vurdu. Nəticədə "Kəpəz" mərhələyə keçdi". 

Bunu Moldova "Daçiya"sının məşqçisi Vyaçevlav Semyonov "Kəpəz"ə 0:1 hesabı ilə uduzaraq, Avropa Liqasında mübarizəni dayandırdıqları I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

 

Onun fikrincə, "Kəpəz" öz qapısını təhlükəsizliyinin qorumağın qayğısına qalıb. "Daçiya" isə daha çox hücum edib. Semyonov təkcə qapıçını günahlandırmağın düzgün olmadığını bildirib: "Hamı səhv edir. Bu gün də hamımız səhv etdik". 

 

Semyonov onu da bildirib ki, bu məğlubiyyət faciədən də betərdir. (Sportnet.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər