"Bütün xalqımızı təbrik edirəm. Bu tək bizim qələbəmiz deyil, eyni zamanda bütün Azərbaycanımızın qələbəsidir". Bunu sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov deyib.
O bildirib ki, Olimpiya Oyunlarında 18 medal qazanmaq, çox möhtəşəm qələbədir: "Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində mübarizə aparırdı və 5 medal qazanaraq komanda hesabında birinci yerə çıxdılar. Komanda qızıla köklənmişdi. Lakin alınmadı. Bundan sonra da çalışacağıq ki, qələbələri davam etdirək. Biz aprel ayında uşaqlar ilə Göygöldə təlim-məşq toplanışında olanda, cəbhədə döyüşlər gedirdi, biz qələbəni o və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".("Report")
Fanat.Az