"Bəzi klublar qayda-qanunu oxumurlar" - Rövnəq Abdullayev

"Bəzi klublar qayda-qanunu oxumurlar" - Rövnəq Abdullayev
"Elmar Məmmədyarov özü bu qurumda təmsil olunmaq istədi. O, hər zaman futbolla bağlı təkliflər verirdi. Elmar Məmmədyarovun İcraiyyə Komitəsində yer alması müsbət haldı. Bununla futbolumuzun siyasiləşdiyini düşünmürəm". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün yenidən prezident seçilən Rövnəq Abdullayev İcraiyyə Komitəsinin yeni tərkiblə ilk iclasından sonra mətbuat konfransı keçirib. AFFA başçısı futbolçuların müqavilə şərtlərinə əməl etmədiyi üçün FIFA tərəfindən cəzalanan klubları günahlandırıb: "Bəzi klublar qayda-qanunu oxumurlar. Birinci al-oxu, sonra da əməl et. FIFA-nın qəbul etdiyi qərarlar qanunidi və hamısına da əməl olunmalıdı".
Rövnəq Abdullayev "Bölgə klublarının sayı artırıla bilərmi" sualına cavab verib: "Böyük sponsorlar Bakıda olduğu üçün, klubların çoxu paytaxtda yerləşir. Bölgələr də inkişaf edir. İnanıram ki, orda da sponsorlar futbola gələcəklər və bunun sayəsində həm Premyer Liqa, həm də I divizionda klubların sayının artırılmasına nail olacağıq".
O, prezident postuna yeganə namizəd olması ilə bağlı da sualı cavablandırıb: "Mən heç vaxt rəqabətdən qorxmamışam. Bu, inkişafın ən vacib amillərindən biridi. Əgər kimsə namizədliyini irəli sürməyibsə, deməli, zülmü boynuna götürmək istəmir".
Rövnəq Abdullayev "Sizə elə gəlmirmi ki, çempionatın səviyyəsi aşağı düşür" sualına da cavab verib: "Klublarda maliyyə problemi hiss olunur. Amma dünyada heç bir yerdə işlər yağ-bal kimi deyil. Hər bir dövlətdə uzağı 4 klub irəli gedir. Qalanları az büdcə ilə dayanıqlı olmaq üçün çıxış edirlər. Amma çempionatın səviyyəsi düşməyib. Düşübsə, bunun birinci səbəbi tamaşaçıların azalmasıdır. Hamımız birgə çalışmalıyıq ki, azarkeşləri stadionlara gətirək. Futbolçular azarkeşləri stadionda görürlərsə, oyun səviyyələri də yüksəlir. "Kəpəz"in oyununa 23 min azarkeş gəlmişdi. Köhnə stadion idi, biz də kömək etdik. Maliyyələşmənin böyük hissəsi AFFA hesabınadır. Şəhər rəhbərliyi də kömək edir. Azarkeş dəstəyi səbəbindən oyun "Kəpəz"in oyun səviyyəsi də yüksəlib".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər