"Belə olacağını gözləyirdik" - Adil Şükürov

"Belə olacağını gözləyirdik" - Adil Şükürov
Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ" doğma azarkeşləri önündə "Zirə" 2:0 hesabı ilə məölub etdi. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Adil Şükürov məğlubiyyəti şərh edib: 
"Ağır oyun oldu. Belə olacağını gözləyirdik. Buna  baxmayaraq, mübarizə apardıq. Ancaq bir neçə səhvə yol verdik. Çalışacağıq gələn oyunlarda bu səhvlərə yol verməyək. Zədəlilərimiz də var idi. Nelsonun, Nurlanın xırda zədəsi var idi. Ümumi götürdükdə "Qarabağ"a çox hücum qurmağa imkan vermədik. Sürətli əks-hücumlar qurmağa çalışsaq da, buna bəzi oyunçuların ustalığı çatmadı. Mövsümün əvvəlində bizə qoşulan futbolçuların çoxu öz klublarında ehtiyatda qalan futbolçular idi. Ancaq onlar bizdə yaxşı oyun sərgiləməyi bacardılar.
- Bir müddət öncə "niyə də çempionluğa oynamayaq?" demişdiz...
- Çempionluğa oynayan komanda belə səhvlər etməməlidi. Dediyim kimi, gələn oyunlarda bu səhvlərə yol verməməliyik. Çempionluq barədə əvvəlcədən heç düşünməmişik. Bizim əsas məqsədimiz yaxşı komanda yaratmaqdı.(sport7.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər