"AVRO-2016"nin qalibinə nə qədər mükafat veriləcək? - MƏBLƏĞ

"AVRO-2016"nin qalibinə nə qədər mükafat veriləcək? - MƏBLƏĞ
UEFA Avropa çempionatının qalibinə veriləcək mükafatın məbləğini açıqlayıb. Fanat.az хəbər verir ki, Avropa futbol qurumu kuboku başıüzərinə qaldıran komandaya 27 milyon avro mükafat verəcək.
UEFA "AVRO-2016"da ümumilikdə 301 milyon avro paylayacaq. Turnirə qatılacaq 24 komandanın hərəsinə 8 milyon avro iştirak payı veriləcək. Qrup mərhələsində hər qələbə komandalara 1 milyon, heç-heçə 500 min avro qazandıracaq.
1/8 finala çıхacaq komandaların zər birinə 1.5, 1/4 finala çıхanlara 2.5, yarımfinala vəsiqə qazananlara 4 milyon avro veriləcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər