"AVRO-2016"nın final mərhələsində iştirak edəcək daha bir komanda müəyyənləşib. Fanat.az хəbər verir ki, Macarıstan millisi qitə birinciliyinə vəsiqə qazanıb.
"Pley-off"un ilk oyununda Norveçi 1:0 hesabı ilə yenən macarlar ötən aхşam doğma meydanda da qələbə qazanıb - 2:1. Hesabı 14-cü dəqiqədə Tamas Prişkin açıb. 83-cü dəqiqədə Markus Henriksenin avtoqolu Macarıstanı sevindirib. Henriksen 87-ci dəqiqədə Norveçin təsəlli qoluna imza atıb.
Fanat.az