"AVRO-2016"da terror aktları törədilə bilər - XƏBƏRDARLIQ

"AVRO-2016"da terror aktları törədilə bilər - XƏBƏRDARLIQ

İŞİD terror qruplaşması iyunda Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı zamanı terror aktları törədə bilər.

Bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Hans-Qeorq Maassen bəyan edib.

"Əlimizdə hələ ki, konkret faktlar yoxdur. Lakin bilirik ki, İŞİD Avropa çempionatını hədəfə alıb", deyə H-Q.Maassen bildirib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. (APA)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər