"AVRO-2016"da stadionlar partladılmalı idi - İŞİD-İN ŞOK PLANI

"AVRO-2016"da stadionlar partladılmalı idi - İŞİD-İN ŞOK PLANI
Belçikanın paytaxtı Brüsseldə terror aktları təşkil edən terrorçuların ikinci hədəfi futbol üzrə Avropa çempionatının matçları olub. Bu barədə terror aktlarında iştirakda şübhəli bilinən Məhəmməd Abrini deyib.
 
Məhəmməd Abrini istintaq tədbirləri zamanı etiraf edib ki, 2016-cı ilin yayında Parisdə keçiriləcək Avropanın çempionatının matçları terrorçuların hücumlarının ikinci hədəfi olub. İstintaq hazırda onun ifadələrinin doğru olub-olmadığını yoxlayır.
 
Qeyd edək ki, Brüsseldə martın 22-də üç kamikadze tərəfindən  təşkil edilmiş terror aktları nəticəsində 35 nəfər həlak olub, daha 340-ı müxtəlif dərəcəli xəsarət alıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər