"AVRO-2016"da qalmaqal: Qapıçı heyətdən uzaqlaşdırıldı

"AVRO-2016"da qalmaqal: Qapıçı heyətdən uzaqlaşdırıldı

Bütün diqqətlərin Fransada başlayan Avropa çempionatına yönəldiyi vaxtda İspaniya millisində şok qərar qəbul edilib.

 

Fanat.az xəbər verir ki, adı seks qalmaqalında hallanan “Buğalar”ın əsas qapıçısı David De Xea heyətdən kənarlaşdırılıb. İspaniyanın “El Diario” nəşrinin yazdığına görə, 25 yaşlı qolkiper 4 il əvvəl yaşanan seks qalmaqalının iştirakçısı olub. Hələ ki, bununla bağlı İspaniya millisinin rəhbərliyi rəsmi açıqlama verməsə də, De Xeanın adı heyətdən çıxarılıb.

 

Adı açıqlanmayan və polis nəzarətində olduğu deyilən şahidin ispan qapıçının əleyhinə ifadə verməsindən sonra vəziyyət bu yerə gəlib çatıb.

 

İddiaya görə, De Xea bu qalmaqalda tək olmayıb. “Atletik”in və İspaniya millisinin futbolçusu İker Muniainin də adı hallanır. Günahı təsdiq olunacağı təqdirdə De Xeanın karyerası təhlükə altına düşə bilər.

 

İspaniya mətbuatı bu məsələni milli komanda üçün böyük turnir ərəfəsində  biabırçılıq adlandırıb. De Xeanın heyətdən kənarlaşdırılması xəbəri isə İngiltərənin “The Sun” qəzetinin iddiasıdır. Hələ ki, rəsmi açıqlama yoxdur.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər