Uels millisi Avropa çempionatının yarımfinalına iki ciddi itki ilə çıxacaq. Fanat.az xəbər verir ki, Aaron Ramsey və Ben Davyes Portuqaliyaya qarşı oynaya bilməyəcək.
Buna səbəb hər iki futbolçunun cəzalı duruma düşməsi olub. Ötən axşam Belçika ilə baş tutan matçın 5-ci dəqiqəsində sarı vərəqə alan Ben Davyes İngiltərə ilə qrup matçında da cəzalanmışdı.
Belçika matçının 75-ci dəqiqəsində cəzalanan Aaron Ramsey isə ilk "sarı"sını 1/8 finalın Şimali İrlandiya matçında almışdı.
Fanat.az