"AVRO-2016" üçün ŞOK EHTİMAL

"AVRO-2016" üçün ŞOK EHTİMAL
Avropadakı terror aktları iyun ayında startı veriləcək Avropa çempionatı üçün təhlükəyə səbəb olub. Paris və Brüsseldəki qanlı olaylar Fransada təşkil olunacaq qitə birinciliyinin təxirə salınmasını gündəmə gətirib.
Dünya ictimaiyyəti arasında turnirin təhlükəsizlik səbəbindən təxirə salına biləcəyi barədə iddialar tez-tez yayılır. Lakin rəsmilər hələ ki, bu versiyanı israrla təkzib edir.
Brüssel terrorundan sonra Fransa mətbuatına danışan yerli futbol federasiyasının prezidenti Noel Le Qraet təxirə salınmanın müzakirə mövzusu olmadığını, turnirin planlaşdırılan vaxtda baş tutacağını bildirib. Fransa təhlükəsizlik qüvvələri də artan təhlükəsizlik problemləri səbəbindən turnirdən öncə koordinasiya toplantıları keçirir. Stadion və ətraflarında təhlükəsizliyin əsas olduğu bildirilən toplantılarda oyunların keçiriləcəyi şəhərlərdə təhlükəsizlik kameralarının artırılacağı bildirilir. Fransa təhlkəsizlik orqanlarından verilən açıqlamada bildirilir ki, partlayıcı maddələrin axtarışı ilə bağlı daha sərt addımlar atılacaq. 
"AVRO-2016" üçün ŞOK EHTİMAL
Fransa, Türkiyə, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika, İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Çexiya, Ukrayna, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan, İrlandiya, İslandiya, Uels, Albaniya və Şimali İrlandiyanın iştirak edəcəyi turnirin oyunlarını izləmək üçün Fransaya Avropa və digər qitələrdən yüzminlərlə azarkeş axın edəcək.  
Avropada gündəmi məşğul edən terror olaylarından sonra azarkeşləri turnirin təxirə salınıb-salınmayacağı maraqlandırır. Aylar öncədən planlarını quran, komandalarını Fransada dəstəkləmək istəyən fanatlar həm də həyatlarından narahatdı. Ötən il Fransanın bir çox yerində, xüsusən də Fransa - Almaniya matçının keçirildiyi "Stade de France" stadionun ətrafında bombaların partlaması narahatlığı daha da artırır.
"AVRO-2016" üçün ŞOK EHTİMAL
Fransa Futbol Federasiyası kimi, UEFA da turnirin təxirə salınmayacağını açıqlayıb. Qurumun vitse-prezidenti Giankarlo Abete məsələ ilə bağlı açıqlamasıqda bildirib ki, oyunlar azarkeşsiz keçirilə bilər: "İdman yarışları insanların təhlükəsizli müzakirə mövzusu olan zaman ikinci planda qalır. CAR-da və Braziliyada keçirilən dünya çempionatları zamanı baş verən olaylar və sosial gərginliklərə görə fərqli səbəblərdən olsa da, təhlükəsizlik riski var idi. Təəssüflər olsun ki, dünya idmanı bunu yaşamaq məcburiyyətində qalıb. Oyunların bağlı qapılar arxasında keçirilməsi riski hər zaman var. Amma turniri başqa tarixə keçirmək mümkün deyil".
Bu açıqlamalar "AVRO-2016"nın təxirə salınmayacağını deməyə əsas verir. Amma oyunların azarkeşsiz keçirilməsi qitənin ən böyük futbol yarışına vurula biləcək ən böyük zərəb olacaq. Lakin insan təhlükəsizliyi müzakirə mövzusu olduğu zaman, bundan da imtina etməyə dəyər...
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər