Fransada keçirilən Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, artıq ilk yarımfinal cütü müəyyənləşib.
Final vəsiqə uğrunda Portuqaliya və Uels milliləri qarşılaşacaq. Portuqaliyalılar Polşanı, britaniyalılar Belçikanı mübarizədən kənarlaşdırıb. Beləliklə, "Real"ın iki ulduzu - Kriştiano Ronaldo və Qaret Beyl Avropa çemionatında üz-üzə gəlmək imkanı qazanıb.
Qeyd edək ki, oyun iyulun 6-da keçiriləcək.
Fanat.az