"AVRO-2016": Pulun xoşbəxtlik gətirmədiyi məşqçilər

"AVRO-2016": Pulun xoşbəxtlik gətirmədiyi məşqçilər
Fransada keçirilən Avropa çempionatında artıq 1/4 finalçılar bəllidi. İyunun 10-da 24 komanda ilə başlayan turnirin iştirakçılarından artıq 16-sı evə dönüb, geriyə 8 ölkə qalıb. İngiltərə və İspaniya kimi favoritlər mübarizəni 1/8 finalda dayandırdığı halda, İslandiya və Uels kimi tarixində ilk dəfə turnirə qatılan komandalar 1/4 finala çıxıb.
Bu nəticələrdən sonra "AVRO-2016"nın iştirakçısı olan baş məşqçilərin maaşları gündəmə gəlib. Fanat.az xəbər verir ki, ən çox maaş alan 8 baş məşqçidən 5-nin komandası artıq turnirlə vidalaşıb. 1/4 finala çıxan 8 baş məşqçidən 5-nin maaşı isə ilk 8-liyə düşməyə imkan vermir.
Ən çox maaş alan məşqçilərdən yalnız 3-nün komandası mübarizəni davam etdirir. Bunlar İtaliya, Almaniya və Fransa milliləridi. Ən çox maaş alan Roy Hocsonun İngiltərəsi isə autsayder hesab olunan İslandiyaya uduzaraq mübarizəni dayandırıb.
"AVRO-2016"nın ən çox qazanan 8 baş məşqçisi
1. Roy Hocson (İngiltərə) - 3,5 milyon funt-sterlinq (1/8 finalda uduzub)
2. Antonio Konte (İtaliyv) 3,15 milyon funt-sterlinq (1/4 finala çıxıb)
3. Fatih Terim (Türkiyə) - 2,7 milyon funt-sterlinq (Qrupda qalıb)
4. Yoahim Löv (Almaniya) - 2,15 milyon funt-sterlinq (1/4 finala çıxıb)
5. Visente Del Boske (İspaniya) - 2 milyon funt-sterlinq (1/8 finalda uduzub)
6. Didye Deşam (Fransa) - 1,3 milyon funt-sterlinq (1/4 finala çıxıb)
7. Marsel Koller (Avstriya) - 1,15 milyon funt-sterlinq (Qrupda qalıb)
8. Martin O`Nill (İrlandiya) - 1 milyon Pound (1/8 finalda uduzub)
Maaşına görə ilk "8-liy"ə düşə bilməyən, 1/4 finala çıxan 5 baş məşqçi
9. Fernando Santos (Portuqaliya) - 962 min funt-sterlinq
12. Mark Vilmots (Belçika) - 515 min funt-sterlinq
13. Lars Laqerbak (İslandiya) - 346 min funt-sterlinq
15. Kris Koleman (Uels) - 200 min funt-sterlinq
16. Adam Navalka (Polşa) - 200 min funt-sterlinq
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər