Avropa çempionatının finalında Portuqaliyaya 0:1 hesabı ilə yenilən Fransa evində keçirdiyi finallarda ilk dəfə uduzub.
Fanat.az xəbər verir ki, fransızlar ev sahibliyi etdikləri 1984 və 2000-ci ilin Avropa çempionatlarında qalib adını qazanmışdı.
Portuqaliya - Fransa matçı 90 dəqiqəsi qolsuz başa çatan ilk final kimi tarixə düşüb. Bundan əvvəl baş tutan 14 final matçının heç birinin əsas vaxtı 0:0 hesabı ilə yekunlaşmamışdı.
Fanat.az