"AVRO-2016"nın Rusiya - İngiltərə oyunundan matçdan öncə düşən davaya görə iki azarkeş həbs edilib. Fanat.az xəbər verir ki, bununla bağlı Marsel məhkəməsi qərar qəbul edib.
Məhkəmənin qərarına əsasən 41 yaşlı tibb işçisi İan Hepvort, 20 yaşlı aşbaz Aleksander Boot 2 ay azadlıqdan məhrum edilib. Həmçinin hər iki şəxsə 2 il müddətində Fransa torpaqlarına girişi qadağan edib.
Hər iki ingilis xuliqan "Fransa təhlükəsizlik qüvvələrini təhqir etmək və şuşə atmaq" ittihamı ilə məhkum edilib.
Qeyd edək ki, məhkəmə olaylardan sonra saxlanılan aralarında İngiltərə, Fransa və Avstriya vətəndaşlarının olduğu 8 nəfərlə bağlı qərar verəcək.
Fanat.az