Fransada keçirilən "Avro-2016" davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirdə sonuncu yarımfinalçı müəyyənləşib.
Sonuncu 1/4 final matçında Fransa ilə İslandiya milliləri üz-üzə gəlib. Meydan sahibi İslandiyaya əsl gücünü elə ilk hissədə göstərib. Fasiləyə 4:0 hesablı üstünlüklə yollanan "xoruzlar" ikinci hissədə daha bir qol vurub. İslandlar isə buraxılan qollardan yalnız ikisinin əvəzini çıxıb. Yekunda 5:2 hesabı ilə qələbə qazanan Fransa adını yarımfinala yazdırıb.
Qeyd edək ki, Fransa yarımfinalda Almaniya millisi ilə qarşılaşacaq.
Avropa çempionatı
1/4 final
3 iyul
23.00 Fransa - İslandiya - 5:2
Qol: Jiru, 11, 59 Poqba, 20, Paye, 43, Qrizmann, 45 - Siqhtorson, 56, Byarnason, 84
Hakimlər: Byorn Kuypers, Sander van Rokel, Ervin Zeinstra (Hollandiya), Milorad Maziç (Serbiya).
Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (Hollandiya).
Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya).
Hakim-inspektor: Pyerluici Kollina (İtaliya).
UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya).
Sen-Deni. “Stad de Frans”.
Fanat.az