"AVRO-2016": Finalın hakimi açıqlandı

"AVRO-2016": Finalın hakimi açıqlandı

Avropa çempionatının final matçının baş hakimi açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı ingilis ədalət təmsilçisinə tapşırıb.

Belə ki, Portuqaliya və Fransa arasında keçiriləcək görüşü Mark Klattenburq idarə edəcək. Portuqaliyanın yarımfinalda Uelsi udmasından sonra turnirdə Böyük Britaniya təmsilçisi qalmayıb. Bu isə finala ingilis hakimin təyinatına imkan verir. 

Qeyd edək ki, Mark Klattenburq Avropa çempionatının qrup mərhələsində Çexiya - Xorvatiya və Belçika - İtaliya, 1/8 finalında İsveç - Polşa matçlarını idarə edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər