"AVRO-2016"nın bütün iştirakçıları müəyyənləşib. Fanat.az хəbər verir ki, bu gecə "pley-off" mərhələsində son iki oyun keçirilib və Fransaya yollanacaq 24 komandalıq siyahı tamamlanıb.
Fransa turnirə meydan sahibi kimi qatılacaqsa, 18 komanda 9 qrupla 1-2-ci pillələri tutaraq bu hüququ əldə edib. Türkiyə yığması ən yaхşı göstəriciyə sahib 3-cü yerin sahibi kimi Avropa çempionatında iştirak edəcək. Son 4 komanda isə "pley-off" mərhələsində bu hüquqa yiyələnib.
Qeyd edək ki, Avropa çempionatı 2016-cı ilin 10 iyun - 10 iyul tariхlərində Fransada keçiriləcək. İlk dəfə turnir 24 komandanın iştirakı ilə baş tutacaq.
Ev sahibi
Fransa
Qrupda 1-2-ci pillələri tutanlar
Çexiya (A qrupu)
İslandiya (A qrupu)
Belçika (B qrupu)
Uels (B qrupu)
İspaniya (C qrupu)
Slovakiya (C qrupu)
Almaniya (D qrupu)
Polşa (D qrupu)
İngiltərə (E qrupu)
İsveçrə (E qrupu)
Şimali İrlandiya (F qrupu)
Rumıniya (F qrupu)
Avstriya (G qrupu)
Rusiya (G qrupu)
İtaliya (H qrupu)
Xorvatiya (H qrupu)
Portuqaliya (I qrupu)
Albaniya (I qrupu)
Ən yaxşı qrup üçüncüsü
Türkiyə
"Pley-off"un qalibləri
Macarıstan
İrlandiya
İsveç
Ukrayna
Fanat.az