"AVRO-2016": Belə vəhşilik olmamışdı - FOTO

"AVRO-2016": Belə vəhşilik olmamışdı - FOTO

Fransada keçirilən Avropa çempionatı Rusiya və İngiltərədən olan azarkeşlər arasında gərginliklərlə fərqlənir. Artıq iki gündə iki ölkədən olan fanatlar arasında qarşıdurmalar qeydə alınır.

Fanat.az xəbər verir ki, komandasını dəstəkləmək üçün Fransaya yollanan ingilis azarkeş Martin Love dostları ilə Marseldə hava limanındakı bir pubda pivə içərkən rus fanatların hücumuna məruz qalıb. İki gün xəstəxanada yatan və qabırğaları qırılan 28 yaşlı fanat turniri izləmədən vətəninə dönmək qərarına gəlibö

"Dostlarımla əylənirdik. Bir anda 300-400 nəfərlik qurup rus marşları oxuyaraq bizə tərəf qaçmağa başladı. Bir nəfərpivə butulkası ilə başıma və üzümə vurdu. Niyə mənə hücum etdiklərini anlamadım. Əvvəlcədən hazırlaşmışdılar. Çünki qısa müddətdə ətrafımızı sardılar və heç kim qaça bilmədi. Biz kimsəni prvakasiyaya çəkmədik. Gecəni xəstəxanada keçirdim. İki qabırğam sınıb. Ölkəmə geri dönürüm. Telefonumu və pul qabımı da oğurlayıblar. Bütün hadisələrin günahkarı ruslardı. Biz ingilislər sadəcə içib mahnı oxuyurduq" deyə Martin Love bildirib.

"AVRO-2016": Belə vəhşilik olmamışdı - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər