Fransada təşkil olunan Avropa çempionatına start verilib. Fanat.az xəbər verir ki, bir ay davam edəcək həyəcanlı marafonun ilk qarşılaşması meydan sahibləri ilə Rumıniya arasında baş tutub.
Qitə birinciliyinin açılış matçının iştirakçıları A qrupunda mübarizə aparırlar. Meydan sahibləri doğma azarkeləri önündə sürprizə imkan verməyib və 2:1 hesablı qələbə qazanıb. Hesabı 58-ci dəqiqədə Oliver Qiround açıb. 65-ci dəqiqədə Boqdan Stanku penaltidən hesabı bərabərləşdirib. Fransa qələbə qolunu əsas vaxtın son dəqiqəsində vurub. Dmitri Payenin qolu fransızlara qələbə qazandırıb.
Qeyd edək ki, qrupun digər oyunu bu gün Albaniya və İsveçrə arasında baş tutacaq.
AVRO-2016
Qrup mərhələsi
A qrupu
10 iyun
Fransa - Rumıniya 2:1
Qollar: Oliver Qiround, 58. Dmitri Paye, 89 - Boqdan Stanku, 65-pen.
Fransa: 1. Hüqo Lloris (q) (k), 3. Patris Evra, 4. Adil Rami, 5. Nqolo Kante, 7. Antuan Qrizman (20. Kinqsli Koman, 66), 8. Dmitri Paye (18. Musa Sissoko, 90+1), 9. Oliver Qiround, 14. Bleyz Matuidi, 15. Pol Poqba (11. Antoni Martial, 77), 19. Bakari Sanya, 21. Loren Kosielni.
Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Benoy Kostil (q), 2. Kristof Jale, 13. Elakim Manqalya, 17. Lukas Dinye, 22. Samuel Umitite, 6. Yohan Kabaye, 12. Morqan Şneyderlin, 10. Andre Pyer Jinyak.
Baş məşqçi: Didye Deşam.
Rumıniya: 12. Kiprian Tataruşanu (q), 3. Razvan Rat, 5. Ovidiu Hoban, 6. Vlad Krisçes (k), 8. Mihai Pintilli, 10. Nikolae Snatçiu (7. Aleksandru Çipçiu, 72), 14. Florin Andonde (9. Denis Alibek, 61), 19. Boqdan Stanku, 20. Adrian Popa (11. Qabriel Torxe, 82), 21. Draqoş Qriqor, 22. Kristian Sapunaru.
Ehtiyat oyunçular: 1. Kostel Pantilimon (q), 23. Silvio Lunq (q), 2. Aleksander Matel, 4. Kosmin Moti, 13. Klauduio Keşeru, 15. Valeria Qaman, 16. Steliano Filip, 17. Lusian Sanmarten, 18. Andrey Prepelita.
Baş məşqçi: Anxel Yordanesku.
Sarı vərəqələr: Oliver Qiround, 69 - Vlad Krisçes, 32. Razvan Rat, 45. Adrian Popa, 78.
Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Tamaş Boqnar, Adam Farkaş, Byorn Kuypers (Macarıstan).
Sen-Deni. "Stad de France"
Fanat.az