"AVRO-2016"nın finalında Fransanın qapısına yeganə qolu vuraraq Portuqaliyanı tarixində ilk dəfə Avropa çempionu edən Ederin qol sevinci zamanı geyindiyi ağ əlcək diqqətləri çəkmişdi. Bəs nədi bu əlcəyin sirri?
Fanat.az xəbər verir ki, Eder turnirin startından əvvəl "milli komandada da qol vursam, ağ əlcəyi taxacam" demişdi. Vurduğu qolla ölkəsini çempion edən futbolçu uğur gətirdiyinə inandığı üçün qol vuran zamanı bu əlcəyi geyinir.
Fanat.az