Fransada keçirilən Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə 1/8 finalçıların tam siyahısı müəyyənləşib.
Fransa, Uels, Almaniya, Xorvatiya, İtaliya və Macarıstan qrup lideri kimi mərhələ adlayıb. İsveçrə, İngiltərə, Polşa, İspaniya, İslandiya və Belçika ikinci yeri tutaraq 1/8 finala çıxıb. Slovakiya, Şimali İrlandiya, Portuqaliya və İrlandiya isə ən yaxşı 3-cü yerin sahibləri kimi mübarizəni davam etdirəcək.
25 iyun
17.00 İsveçrə - Polşa
20.00 Uels - Şimali İrlandiya
23.00 Xorvatiya - Portuqaliya
26 iyun
17.00 Fransa - İrlandiya
20.00 Almaniya - Slovakiya
23.00 Macarıstan - Belçika
27 iyun
20.00 İtaliya - İspaniya
23.00 İngiltərə - İslandiya
Fanat.az