"Araz" son oyunda coşdu

"Araz" son oyunda coşdu
Xorvatiyada UEFA Kubokunun elit raundunun B qrupunda son turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Araz" da son görüşünə çıxıb.
Təmsilçimiz Almaniyanın "Hamburq" klubu ilə qarşılaşıb. Zaqrebdəki İdman Evində keçrilən matçda "Araz" 5:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Araz" qrupdakı ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Qazprom Yuqra"sına 0:4 hesabıyla uduzub. Elə "Hamburq" da sözügedən rəqiblərinə məğlub olub, özü də böyük hesablarla ("Qazprom Yuqra"ya 0:4, "Nasional"a 1:11).
UEFA Kuboku
Elit mərhələ
B qrupu, II tur
26 noyabr
21.00 Hamburq (Almaniya) - Araz (Azərbaycan) 1:5
Qollar: Ulusoy, 27 - Rizvan Fərzəliyev, 4. Fineo, 6. Everton Kardoso, 9. Bolinya, 15. Poletto, 31.
Hakimlər: Paskal Lemal (Belçika), Franko Kakiya (Malta), Qabriel German (Rumıniya).
Zaqreb. İdman Evi.

1

Nasional

2

2

0

0

13-2

6

2

Yuqra

2

2

0

0

8-0

6

3

Araz

3

1

0

2

6-7

3

4

Hamburq

3

0

0

3

2-20

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər