"Araz-Naxçıvan"da yeni məşqçi

"Araz-Naxçıvan"da yeni məşqçi

“Araz-Naxçıvan”ın məşqçilər korpusunda dəyişiklik edilib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib T.Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər