Dünən İspaniyanı məğlub edərək Avropa çempionatında yoluna davam edən İtaliya millisi azarkeşlərinin üzünü güldüdürdü.
Fanat.az xəbər verir ki, gərgin qarşılaşmanı səhvsiz idarə edən türkiyəli hakimlər briqadası İtaliya mətbuatında tənqid olunmaqdan qurtula bilməyib. İtalyanlar Çakırın xüsusiylə 2-ci hissədə ispanlara tərəfkeşlik etdiyini, onlara qarşı sərt qərarlar verdiyi iddia ediblər. Qarşılaşmanı şərh edən "RAİ 1" televiziyasının əməkdaşı "hakimlərə fikir vermədən, onların qərarlarını vecimizə almadan gözəl oynamağa davam etməliyik" deyib.
Yazılı mediada isə "Çakır oyunu faciəvi idarə etdi, onun bir çox qərarları bizim üçün anlaşılmaz" idi tipli fikirlər yer alıb. Sosial şəbəkələrdə qarşılaşmanı müzakirə edənlərdən biri isə daha uzağa gedib, "Çakır bir türk. O bizdən Papanın "erməni soyqırımı"nı tanımasının qisasını alır. Unutmayın ki, türklər Avropa çempionatını bizə görə tərk edib" şərhini yazıb.
Fanat.az