Quliyevli “Ximki” darmadağına üzüldü

Quliyevli “Ximki” darmadağına üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular - Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.

Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək oynayıb.

“Ximki” 25 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər