Quliyevi oyuna buraxdılar, texniki məğlubiyyət aldılar

Quliyevi oyuna buraxdılar, texniki məğlubiyyət aldılar

AFFA İntizam Komitəsi II Liqada yarışan "Kür-Araz" komandasına texniki məğlubiyyət verib.

Fanat.Az xəbər verir ki, II Liqanın 8-ci  turunun “Dinamo” - “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində qonaq klubun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olub.

Bu səbəbdən “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər