Quardioladan etiraf: "Rəqibə tərif düşür"

Quardioladan etiraf: "Rəqibə tərif düşür"

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola (Josep Guardiola) ÇL-in II turu cərçivəsində PSJ-yə səfər oyunundakı məğlubiyyətini (2:0) şərh edib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis fransızların daha yüksək səviyyəli oyunu barədə danışıb: "Son on dəqiqədə daha yaxşı oynadıq. Əlimizdən gələni etdik. Yaxşı müdafiə olunduq, amma belə bir oyunçu seçimi ilə PSJ hər zaman əks-hücumlarda təhlükəlidir. Yüksək səviyyəli oyun nümayiş etdirdilər. Rəqibə böyük tərif düşür".

Xatırladaq ki, PSJ-nin heyətində qolları İdirssa Geye (8) və komandanın argentinalı ulduzu Lionel Messi (74) vurub. 

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər