"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Fil Foden və Cek Qrilişin İPL-in XIX tur oyunu olan "Nyukasl"la matçı hansı səbəbdən buraxdıqlarını açıqlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis futbolçuların meydandankənar davranışları səbəbiylə cəzalandıqlarını açıqlayıb:
“Bu, rotasiya deyil. Bu heyəti bilərəkdən seçdim, çünki başqaları da oynamağa layiqdirlər.
Milad bayramında futbolçuların meydanda və meydandan kənarda davranışlarına çox diqqət verirəm. Hərdən qeyri-adekvat davranırlar, oynamırlar. Bu da onların cəzasıdır. Anlasınlar və özlərini ağıllı aparsınlar.
Bu yolda hər an diqqətimizi cəmləməliyik. Fərq etməz Miladdır, ya adi gün. Bu futbolçuların işidir və bu sahədə hər zaman ciddi olmaq lazımdır."
Xatırladaq ki, həmin oyun "Mançester Siti"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Emin