Quardiola yeni köməkçisinə qovuşdu - RƏSMİ

Quardiola yeni köməkçisinə qovuşdu - RƏSMİ
Çinin "Tsindao Xuanxay" klubunun sabiq baş məşqçisi Huanma Lilyo "Mançester Siti"də Pep Quardiolanın yeni köməkçisi olacaq.
Fanat.Az "Mançester Siti"nin saytına istinadən xəbər verir ki, Lilyo ilə müqavilə imzalanıb. Sözləşmənin müddəti barədə məlumat verilməyib. İddialara görə, anlaşma birillik periodu əhatə edir.
Quardiola ispan mütəxəssisi mentorlarından biri hesab edir. Pep futbolçu kimi karyerasının son mövsümünü Lilyonun rəhbərliyi altında Meksikanın "Dorados" klubunda keçirib.
Cari mövsümün gedişində Quardiolanın köməkçi-məşqçisi Mikel Arteta "Siti"dən ayrılmış və "Arsenal"ın başına keçmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər