Quardiola və Kontenin ortaq hədəfi

Quardiola və Kontenin ortaq hədəfi

"Lester"in futbolçusu Ceyms Meddison iki İPL klubunun maraq dairəsindədir. 

Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb. 

Xəbərə görə, 26 yaşlı ingiltərəli yarımmüdafiəçi "Mançester Siti" və "Tottenhem"in hədəfindədir. 

Futbolçu parlaq çıxış etsə də, zəif mövsüm keçirən "Lester"də oynamaq onu qane etmir. Bu səbəbdən Meddison yayda klubunu dəyişə bilər. 

Meydanın mərkəzində yenilik etmək arzusunda olan Xosep Quardiola üçün Ceymsin transferi çox önəmlidir. Ancaq "Tottenhem"in çalışdırıcısı Antonio Konte də futbolçunu əldən buraxmq fikrində deyil. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər