Antuan Qrizman gələcəyi haqqında danışıb.
Fanat.Az-ın məlumatına görə, "Atletiko”nun hücumçusu "Barselona”ya keçəcəyi haqqında xəbərləri təkzib edib. O, Fransa millisiylə ABŞ seçməsi arasında keçirilən oyundan sonra klubunda xoşbəxt olduğunu, "Atletiko” ilə Çempionlar Liqasını qazanmaq istədiyini deyib: "Heç yerə getməyə hazırlaşmıram. Hədəfim "Atletiko”nun heyətində Çempionlar Liqasının finalında qələbə sevinci yaşamaqdı. Madriddə xoşbəxtəm və hər şeydən razıyam”.
Fanat.Az