Qriqorçuk Veyleri qabaqlayacaq

Qriqorçuk Veyleri qabaqlayacaq

Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyununda “Qəbələ” Belçikanın “Anderlext” komandasını qəbul edəcək.

Fanat.Az  xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Anderlext” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - noyabrın 23-də saat 18:15-də arenanın media zalında start götürəcək. 

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Belçika klubunun baş məşqçisi Rene Veyler media nümayəndələrinin suallarını  cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqləri də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” 19:00-da, “Anderlext” isə 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər