Qrinvud həbs olundu

Qrinvud həbs olundu

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud həbs olunub. 

Fanat.Az xəbər verir ki, buna səbəb onun sevgilisinə - model Harriet Robsona müxtəlif xəsarətlər yetirməsdir. 

Robsonun 2019-cu ildən bir yerdə olduğu futbolçu tərəfindən döyüldüyünü iddia edərək qan və qançırlarla dolu videolarını, fotolarını sosial şəbəkə hesabından paylaşması görənləri şoka salıb.

Nəticədə "Mançester Yunayted" oyunçunu qeyri-müəyyən müddətə komandadan kənarlaşdırıb. Daha gec saatlarda isə İngiltərə polisinin Qrinvudu zorakılıqda şübhəli bilərək həbs etdiyi məlum olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər