Qrinvud "Əl-İttifaq"a qoşulacaq? - Cerrard açıqladı

Qrinvud "Əl-İttifaq"a qoşulacaq? - Cerrard açıqladı

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun baş məşqçisi Stiven Cerrard "Mançester Yunayted"in sabiq hücumçusu Meyson Qrinvudu heyətə qatmağı planlaşdırdıqları ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Liverpul"un canlı əfsanəsi "Daily Mail"in informasiyasının yalan olduğunu bildirib.

Cerrard sosial şəbəkə hesablarında paylaşım edərək xəbərin həqiqəti əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, zorlamada təqsirləndirilən 21 yaşlı ingilis 18 ay peşəkar futboldan uzaq qalıb. Qrinvud bu ilin fevralında bəraət alsa da, MY onu heyətinə qaytarmayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər