"Napoli"dən "Yuventus"a keçən Qonzalo Hiquayn ittihamlara cavab verib. Fanat.az xəbər verir ki, Turin klubunun bu gün ictimaiyyətə təqdim etdiyi argentinalı ulduz keçmiş klubunun prezidenti Aurelio De Laurentiis ittiham edib.
"Napoli"nin prezidenti Hiquaynı "xəyanətkar" və "nankor" adlandırmışdı. Argentinalı futbolçunun cavabı belə olub: "Onunla fikirlərimiz heç vaxt üst-üstə düşməyib. Buna görə də münasibətlərimiz heç vaxt yaxşı olmayıb. Məni bu qərarı qəbul etməyə sövq edən də məhz o, oldu. İndi burdayam və məni transfer etmək üçün böyük əmək sərf edən "Yuventus"a təşəkkür edirəm".
Fanat.az