Qonşularımız oynadı, ilk final müəyyənləşdi

Qonşularımız oynadı, ilk final müəyyənləşdi

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, ötən axşam ilk finalçı müəyyənləşib.

İlk yarımfinal matçında qonşularımız - İran və Rusiya qarşılaşıb. 4:3 hesablı qələbə qazanan ruslar tarixlərində ilk dəfə dünya çempionatının finalına çıxıb. Rusiya bundan əvvəlki 3 cəhddə yarımfinal səddini aşa bilməmişdi. İran isə 24 il əvvəl bu şansdan yararlana bilməmişdi.

Qeyd edək ki, ikinci yarımfinalçı bu gecə keçiriləcək Argentina - Portuqaliya görüşündə müəyyənləşəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər